Bir gün
Yenə sıradan bir gün, tramvay və hər kəsin üzündə bir qəm, bir kədər. Bəli, zəngli saatın və ya telofonun tələbi ilə ayağa qalxan insan kütləsinin içində yuxulu halda gedirəm.
Ancaq yox, bezilərinin üzündə kiçik təbəssüm var, ele belə də bilirdim tələbələr və sağlam yaşlılar bunlar.
Niyə, niyə hər gün canımız istəməsə də yuxudan tezdən durub, canımız istəməyən ancaq adətən daha yaxşı əmək haqqı vəd edən işəgötürənin ayağına, göstərişlərini yerinə yetirməyə gedirik?
Bir insanın nəqədər önəmli ehtiyacı ola bilər axı? Yemək, içmək və sex, hə bir də danışmaq, söhbət etmək istəyər gün içində..
Beləcə həftə sonu 2gün istədiyimiz həyatı yaşayaq deyə 5gün istəmədiyimiz həyata dözürük. Buna dəyərmi???
Bəlkə də insanların birlikdə işləyərək hansısa inkişaf səviyyəsinə çatdığını,tibbin uğurlarını düşünürsən.. Maraqlıdı, ancaq bu barədə dəyecəklərim çoxdu, icazənizlə onu başqa məqaləmdə açıqlayacam.

Comments
Post a Comment