Köçmək
Bəzən ölkəndə sevmədiyin nüanslar olur. Məsələn, çirkli hava, rüşvət, zibilli yollar, kəsilmiş ağac kötükləri, işsizlik, savadsız kütlə və s. Sən özünü həmən ölkəyə yad sanarsan, çıxıb ailəni başına alıb getmək istəyərsən və sonunda gedərsən. Ancaq bəzi şeyləri arxada buraxdığının, itirdiyinin fərqində olmazsan.. Bayram olacaq, getdiyin ölkədə bütün evlərdə şadlıq səsi ucalacaq, qızımın da dediyi kimi nənələr və babalar nəvələrinin yanına gələcək ancaq sənin evində adi iş günündəki kimi öz səsin və xanımının səsi olacaq. Əvvəl-əvvəl bunun fərqində olmayacaqsan bəlkə, ancaq zaman axıb getdikcə valideynlərinin nəvələri üçün darıxdığını hiss edəcəksən, nəvələri də onları soruşacaq tez-tez, hər dəfə bir yeni ümid dolu fikir bildirib mövzudan qaçaçaqsan. Ancaq öz içində dəyərdimi, doğru olan bu idimi və s. deyə suallar dolaşar. Ağılla düşünüb "dəyər" deyə biləcəksən, ancaq ruhun ürəklə verilmiş qərarların xoşbəxtliyini dadmadıqca sən özünü yaxşı hiss edə bilməyəcəksən. B...