Din və inanc
İnsanlar fərqlidir, hər kəsin öz fərqli dünyası var və qəribədirki çoxlarımız bizim dünyamızın daha doğru olduğuna inanır və hətta bəzilərimiz başqalarını dəyişməyə, özümüzə uyğunlaşdırmağa çalışırıq. Ancaq maraqlı bir məqam da varki insan məcbur olmadıqca dəyişmək, uyğunlaşmaq, daha sağlam, daha yaxşı həyat yaşamaq üçün addım atmaq istəməz. Bəlkə də buna görə dinlər mövcuddur və bəlkə də buna görə dinlər öz sərt qanunları bəzən isə qorxu vasitəsi ilə insanları daha yaxşı və düzgün həyata təhrik etmək istəyillər. Buna baxmayaraq dinlər belə öz aralarında bütünləşə bilmir, hətta eyni din bir neçə qola ayrıla bilir.