Din və inanc
İnsanlar fərqlidir, hər kəsin öz fərqli dünyası var və qəribədirki çoxlarımız bizim dünyamızın daha doğru olduğuna inanır və hətta bəzilərimiz başqalarını dəyişməyə, özümüzə uyğunlaşdırmağa çalışırıq.
Ancaq maraqlı bir məqam da varki insan məcbur olmadıqca dəyişmək, uyğunlaşmaq, daha sağlam, daha yaxşı həyat yaşamaq üçün addım atmaq istəməz. Bəlkə də buna görə dinlər mövcuddur və bəlkə də buna görə dinlər öz sərt qanunları bəzən isə qorxu vasitəsi ilə insanları daha yaxşı və düzgün həyata təhrik etmək istəyillər.
Buna baxmayaraq dinlər belə öz aralarında bütünləşə bilmir, hətta eyni din bir neçə qola ayrıla bilir.
Dinlərin yanında bir də hər zaman elm var ki, o da öz növbəsində necə yaşamaq lazım olduğunu, necə arzulamaq lazım olduğunu, addımlarını necə atmalı olduğunu öyrədir.
Məsələn, inanmaq insan üçün çox önəmlidir. Əgər belə olmasa idi dində və elmdə inancın nə qədər önəmli olduğunu önə cəkməzdilər.
Bəzi dinlərdə insanlar yaratdıqları tanrılara, bəzilərində "God", bəzilərində "Бог", bəzisində "Allah" adlandırılan gözə görünməz yaradana, elmdə kainata(kosmosa) göndərilən enerjiyə(arzuya/istəyə) inanılır.
Ancaq sən nəyə inanırsan inan, hansın seçirsən seç hər birinin fəlsəfəsi mənə görə eynidir, səni ayaqda tuta bilmək, sənə yaşam koçu tək istiqamət vermək, səni başqalarına yardıma kökləmək, etdiyin yaxşı və ya pis əməllərin sənə geri dönəcəyinə söz verməklə səni bu işə həvəsləndirmək və s.
Qısacası hər biri səni sağlam, düzgün və cəmiyyətə yararlı və faydalı biri kimi yetişdirmək istəyir.

Comments
Post a Comment