Yaşamaq, qazanmaq yox - yaşamaq
Mən uşaq olandan evlənib uşaq sahibi olana və 30 yaşıma kimi anam və atam necə istəyibsə elə yaşamışam. Həyatda hər şeyim olub ancaq heç bir zaman özümü xoşbəxt hiss etməmişəm. Çünki başqasının, anamın və atamın həyatını yaşamışam, mənim nə istədiyim, nəyi sevdiyim, həyatdan nə gözlədiyim, nədən daha xoşbəxt olduğum onlar üçün heç bir zaman maraqlı olmayıb. İndi isə artıq ailəm və uşaqlarım var. İndi də onların istədiyi gözəl həyatı qurmaqla, adaptə olmaqla məşğulam və yenə də xoşbəxt ola bilmirəm. Həyatım başqalarının arzusu sayıla bilər, çünki bir sağlam düşüncəli insanın sahib olması gərəkən hər şeyə sahibəm. Elə sevdiyim şeylər varki onlara bu yaşdan sonra da sahib ola bilərəm, öyrənə bilərəm. Məsələn, hansısa musiqi alətində ifa etmək bacarığı. Ancaq elə şeylər də varki onun üçün gecdir artıq, hansısa futbol klubunda oynamaq kimi. Elə də istədiyin şeylər varki onları bloga yazmaqdan belə çəkinirsən.. Qısacası, ana və ata sizi sevir həqiqətən, onlar hər zaman bizim üçün ən ...












Comments
Post a Comment